vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
QARABAĞ  
12:09 | 23 iyul 2014 | Çərşənbə Məqaləyə 1802 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Girovlara işgəncə verilir»

Baş nazirin müavini: «Ona görə onlara görüş təyin etmirlər»

MÖVZU İLƏ ƏLAQƏLİ

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov erməni girovluğunda olan kəlbəcərlilərdən danışıb. AzVision.az xəbər verir ki, Ə.Həsənov ermənilərin əllərində olduğu məcburi köçkünlərə müxtəlif ləkələr yaxdıqlarını deyib.

«Deyirlər onlar diversantdırlar. Onlar öz torpaqlarına gediblər. Qınamaq olmaz. Onlar əsl vətənpərvər və gənclərimizə nümunədirlər. Əgər onlar öz kəndlərinə gediblərsə bunun harası diversantlıqdır? İndi açılmamış cinayətləri ermənilər onların üzərinə atacaqlar». 

Ə.Həsənov Azərbaycanın həmişə beynəlxalq təşkilatlara ermənilərin necə olduğunu dediklərini xatırladıb. «Niyə ermənilər Beynəlxalq Qızıl Xaç Komitəsinə onlarla görüşə icazə vermirlər. Çünki onlar azərbaycanlılara işgəncələr verirlər. Ona görə onlara görüş təyin etmirlər».

Baş nazirin müavini mətbuat nümayəndələrini də ehtiyatlı olmağa çağırıb. O, qeyd edib ki, öldürülmüş şəxslə bağlı bu günün sonunda bəyanat veriləcək. «Artıq prezident girovlar məsələsini öz diqqətində saxlayır və məsələyə nəzarət edir».