vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
16:17 | 23 iyul 2014 | Çərşənbə Məqaləyə 1255 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ermənistan beynəlxalq hüquqa məhəl qoymur»

İlham Əliyev Aİ-nin Cənubi Qafqaz üzrə nümayəndəsini qəbul edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Herbert Salberi Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsində fəaliyyətə başlaması münasibətilə təbrik edən prezident İlham Əliyev onun bu səfərinin regiondakı vəziyyətlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaradacağına əminliyini ifadə etdi.

Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlətimizin başçısı bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə nizama salınmasına tərəfdardır. Qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan isə nə beynəlxalq hüquqa, nə də həmsədr ölkələrin rəhbərlərinin bəyanatlarına məhəl qoyur.

Münaqişə nəticəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin hələ də işğal altında olduğunu vurğulayan prezident İlham Əliyev qeyd edib ki, əgər problem beynəlxalq hüquq çərçivəsində, ədalətli həll olunmazsa, regionda vəziyyət daha da mürəkkəbləşə bilər.

Regiona müxtəlif vaxtlarda bir neçə dəfə səfər etdiyini vurğulayan Herbert Salber mövcud vəziyyətlə tanış olduğunu deyib. O, təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığı genişləndirərək regiondakı münaqişələrin həllinə öz töhfəsini vermək niyyətində olduğunu vurğulayıb.