vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
20:19 | 24 iyul 2014 | Cümə axşamı Məqaləyə 1292 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Gözləyirlər ki, 1-ci Rusiya Avropanı bombalasın»

Saakaşvili: «Kreml ümid edir Ukrayna iqtisadiyyatı çökəcək, ...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili «Politico» jurnalında «Avropa Rusiya ilə nə etməlidir?» başlıqlı məqaləsində yazır ki, bir neçə həftə əvvəl Almaniyanın Marshal Fondunun təşkil etdiyi tədbirdə o, Avropanın Ukrayna hadisələrinə reaksiyasını tənqid edəndə İtaliyanın xarici işlər naziri ona yaxınlaşıb və kinayə ilə soruşub ki, «Siz nə təklif edirsiniz? Avropa Rusiyanı bombalasınmı?»

Saakaşvili isə cavab verib ki, «Bəs Avropa gözləməlidirmi ki, birinci Rusiya Avropanı bombalasın?»

ANS PRESS-in Azadlıq Radiosu-na istinadən məlumatına görə, Saakaşvili yazır ki, heç kim Avropanın Rusiyaya hərbi cavabını gözləmir. Ancaq Avropa Rusiyaya qarşı sanskiya məsələsində yenə razılığa gələ bilmədi.

Saakaşvilinin fikrincə, Avropa ölkələri diplomatik manevrlər edirlər ki, bəlkə münaqişə yavaş-yavaş səngidi, «dişləyən sanksiyalara» ehtiyac qalmadı.

Bu, Rusiyanın ustallaşdığı köhnə oyundur. Putin sülhə çağır-çağıra yaraqlıları silahlandırmaqda davam edir.

Saakashvili etimad doğuran müşahidəçilərin fikrini əsas gətirir ki, Rusiya kəşfiyyat əməliyyatları, silah təchizatı ilə Ukrayna ordusunun tükənməyini, Ukrayna iqtisadiyyatının çökməyini gözləyir. Onda xalq Ukrayna hakimiyyətinin əleyhinə qalxacaq.

Saakaşvili hesab edir ki, Avropanın cavabı Rusiyanın hərəkətlərinə adekvat deyil. Burada söhbət bombalamaq, ya bombalamamaqdan getmir.

Saakaşvili təklif edir ki, ABŞ və Avropa Ukraynaya birbaşa hərbi yardım etsin. Amerika və Avropa öz şirkətlərinə Rusiyanın enerji sektoruna investisiyaları qadağan etsin. Rusiyanın Drujba kəmərindən neft almağı dayandırsın. Rusiya ilə hərbi əməkdaşlığı qadağan etsin. ABŞ və Avropanın Mərkəzi Bankları Rusiyanın vəsaitlərini hesablarını dondursunlar.

Saakaşvili hesab edir ki, bu addımların, hətta bir qismi Putinin hakimiyyətini dağıdacaq.