vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
18:32 | 1 avqust 2014 | Cümə Məqaləyə 1384 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan futboluna böyük itki

Əfsanəvi futbolçu Ələkbər Məmmədov evində ölü tapıldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Fövqəladə Hallar Nazirliyinin «112» qaynar telefon xəttinə Bakı şəhəri, Səbayel rayonunda mənzildə bağlı qapı arxasında 1930-cu il təvəllüdlü kişinin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbədəki mənzilin giriş qapısını açaraq içəri daxil olublar.

Mənzilə baxış keçirilərkən Ələkbər Əmir oğlu Məmmədov hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində Ə.Məmmədovun vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 16:33-də başa çatıb.

Məlumata görə, dünyasını dəyişmiş şəxs əfsanəvi azərbaycanlı futbolçu Ələkbər Məmmədovdur. Ə.Məmmədov Azərbaycanın məşhur futbolçularından olub. Bakının «Neftyannik», Moskvanın «Dinamo» komandalarında oynayıb. SSRİ-nin yüksək liqasında 185 oyun keçirib, 56 qol vurub.

Ə.Məmmədov 1954, 1955, 1957 və 1959-cu illərdə SSRİ çempionu olub. SSRİ yığma komandasının tərkibində 1958-1959-cu illərdə 4 oyun keçirib. 1960-cı il futbol üzrə Avropa çempionatının seçmə oyunlarının iştirakçısıdır.

Ə.Məmmədov həmçinin Bakının «Neftyannik» komandasının, Azərbaycanın yığma komandasının məşqçisi olub. O, 1960-cı ildə «SSRİ-nin əməkdar idman ustası», 1990-cı ildə isə «SSRİ-nin əməkdar məşqçisi» fəxri adına layiq görülüb.