vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
QARABAĞ  
09:38 | 4 avqust 2014 | Bazar ertəsi Məqaləyə 2057 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Müdafiə naziri bu dəqiqə Ağdamdadır

General Rəhimov da cəbhəyə gedir

MÖVZU İLƏ ƏLAQƏLİ

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hazırda Ağdamdadır. Bu barədə məlumatı virtualaz.org saytının Ağdama ezam olunmuş əməkdaşı verib. Müdafiə nazirinin korteji bir neçə dəqiqə əvvəl Ağdam rayonunun Əfətli kəndi istiqamətində hərəkət edib. Zakir Həsənov Azərbaycan ordusunun cəbhə bölgəsində yerləşən mövqelərinə baş çəkəcək.

Əfətliyə gedən yollar polis əməkdaşları və nazirliyin hərbi maşınları tərəfindən nəzarətə götürülüb.

Zakir Həsənovun Tərtər rayonundakı cəbhə xəttinə də gedəcəyi gözlənilir.

Xatırladaq ki, müdafiə naziri dünən (avqustun 3-də) Goranboy rayonundakı yerləşən mövqelərimizdə olub. Ön xəttə baş çəkən nazir şəxsi heyətlə görüşüb, vəziyyətlə tanış olub.

 

***

 

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov vətəndaşları qəbul edəcək.

Qurumun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Arzu Rəhimov avqustun 20-də saat 10:00-da Xidmətin Tovuz rayon şöbəsinin inzibati binasında (Tovuz şəh. İ.Mürşüdov küç. 26) Gədəbəy, Şəmkir, Ağstafa, Qazax və Tovuz sakinlərinin qəbulunu həyata keçirəcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar 19.08.2014-cü il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.