vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
10:46 | 18 avqust 2014 | Bazar ertəsi Məqaləyə 1428 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yersiz zarafat danışıqları pozdu

«Ukrayna diplomatları şən əhval-ruhiyyə və zarafat edəsi halda deyildilər»

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniya xarici işlər naziri Frank-Volter Ştaynmayerin dəvəti ilə Berlində bir araya gələn Rusiya xarici işlər naziri Sergey Lavrov, Ukrayna xarici işlər naziri Pavlo Klimkin və Fransa xarici işlər naziri Loren Fabius Ukraynadakı gərginliklə bağlı müzakirələr aparıblar.

«ANSpress»in məlumatına görə, təxminən 5 saat davam edən toplantıdan sonra alman nazir Ştaynmayer, bəzi məsələlərdə irəliləyiş əldə edildiyini açıqlayıb.

Diplomatik mənbələr görüşlərin davam edib-etməyəcəyinin bu gün, ya da sabah müəyyən olacağını bildirirlər.

Qeyd edək ki, Rusiya, Ukrayna, Fransa və Almaniya xarici işlər nazirləri Ukraynada gərginliyi müzakirə etmək üçün bir araya gəliblər.

Bu arada virtualaz.org-a məlum olub ki, tədbirdə iştirak edən ukraynalı diplomat ilginc açıqlama ilə çıxış edib. Onun dediyinə görə, rusiyalı diplomatlardan biri tədbirdə yersiz zarafatlar edib: «Görünür, həmin diplomat iştirakçıların əhval-ruhiyyəsini qaldırmaq istəyirdi. Amma şəxsən Ukrayna diplomatları şən əhval-ruhiyyə və zarafat edəsi halda deyildilər».