vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
QARABAĞ  
10:44 | 30 avqust 2014 | Şənbə Məqaləyə 1046 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erməni podpolkovnikin ayağı qopdu

Azərbaycanla sərhəddə 4 düşmən hərbçisi minaya düşdü

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın Tavuş vilayətinin Azərbaycanla sərhəd Berd rayonu ərazisində avqustun 28-də baş vermiş mina partlayışı nəticəsində yaralanan hərbçilərdən biri podpolkovnikdir.

Virtualaz.org saytı xəbər verir ki, Berd meriyasının rəsmisi Asmik Melikyan bu barədə tert.am saytına bildirib.

Xəbər verildiyi kimi, Ermənistan Müdafiə Nazirliyi Berd rayonunda 4 hərbçinin minaya düşdüyünü, onlardan birinin zabit, digər üçünün müqavilə əsasında xidmət keçən hərbi qulluqçu olduğunu açıqlayıb. İnsidentin təfərrüatları haqda heç nə deyilmir.

A.Melikyan da deyib ki, onlarda partlayışın harada və hansı şəraitdə baş verdiyi haqda heç bir məlumat yoxdur.

«Məlum olan ancaq odur ki, yaralılardan biri podpolkovnikdir. O, ayağından yaralanıb və nəticədə ayağı amputasiya olunub. İki yaralının isə ümumiyyətlə kimliyini bilmirik, onlar hələ özlərinə gəlməyiblər və huşsuz vəziyyətdədirlər» - deyə o bildirib.