vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
TÜRK DÜNYASI  
21:02 | 2 sentyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 1496 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərdoğanın Bakı ziyarətinin pərdəarxası

Azərbaycan və Türkiyə liderlərinin gündəliyində hansı məsələlər əsas yer tutacaq?

MÖVZU İLƏ ƏLAQƏLİ

Ərdoğan Türkiyə prezidenti kimi ilk səfərini sentyabrın 1-də Şimali Kiprə edib. O, Şimali Kipr Türk Respublikasının lideri Dərviş Əroğlu ilə görüşündə deyib ki, Kipr məsələsini bu həftə NATO sammitində və bu ay BMT Baş Məclisində müzakirə edəcək. Ərdoğan sentyabrın 2-də Azərbaycana gedəcək. Ərdoğan bundan sonra sentyabrın 4-də Uelsdə NATO sammitinə yola düşəcək. Ərdoğanın Şimali Kiprə səfəri ərəfəsi İstanbul prokurorluğu sentyabrın 1-də 96 nəfərə qarşı korrupsiya ittihamlarını götürüb. Onlar arasında Prezident Ərdoğanın oğlu Bilal da var.

Ərdoğan Davudoğlunu baş nazirliyə təqdim edəndə demişdi ki, Davudoğlunu ona görə seçib ki, o, paralel dövlətlə mübarizə aparmaqda qətidir.

«Atlas» Araşdırmalar Mərkəzi Türkiyə-Azərbaycan münasibətləri, Türkiyənin yeni Prezidenti Ərdoğanın bu gün Bakıya edəcəyi səfərlə bağlı analitik məqalə hazırlayıb. «Qafqazinfo»nun təqdim etdiyi materialda bildirilir ki, Rəcəb Tayyib Ərdoğanın prezidentliyə başlaması Türkiyənin daxili və xarici siyasətinə ciddi dəyişikliklər gətirməyəcək. «Buna baxmayaraq, Türkiyə Prezidentinin andiçmə mərasimi ilə bağlı iki sual Azərbaycanda müzakirələrə səbəb oldu: 

 

Birinci sual: Ankara mərasimə niyə Ermənistan Prezidentini dəvət etmişdi?

İkinci sual: Azərbaycan Prezidenti mərasimə niyə qatılmamışdı?

 

Türkiyənin Ermənistanla sərhədi bağlıdır və bu ölkə ilə diplomatik münasibətləri yoxdur. Türkiyə ilə Ermənistan arasında 2008-ci ildə imzalanan İsveçrə protokolları da ratifikasiya olunmayıb. Buna baxmayaraq, Ankaranın Ermənistan Prezidenti Serj Sarkisyana dəvət məktubu göndərməsi Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq istəyindən imtina etməməsinin işarəsidir. Sərkisyan öz əvəzinə Ankaradakı inaqurasiyaya xarici işlər naziri Edvard Nalbəndyanı göndərib. İrəvan da Türkiyə ilə münasibətlərin nizamlanmasına çalışır. Ancaq Ermənistan hakimiyyətinin «biz erməni soyqırımının yüzilliyi ilə bağlı Ərdoğanı 2015-ci ilin aprelində İrəvana dəvət edəcəyik» təklifi Türkiyənin yeni Prezidenti tərəfindən qəbul olunmayacaq. Ərdoğan onsuz da bu ilin aprel ayında böyük bir addım ataraq Türkiyədə birinci dünya müharibəsi zamanı xeyli insanın öldüyünü və bu sırada ermənilərin də olduğunu bildirdi. Bu Ərdoğanın «erməni soyqırımını» etirafı olmasa da, erməni lobbisi və beynəlxalq aləmə bir jesti idi. Ərdoğandan bundan artığını, yəni «soyqırımı» tanıyacağını və bu məqsədlə İrəvana gedəcəyini gözləmək mümkün deyil. Digər tərəfdən Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonlardan ən azı ikisini boşaltmadan Ərdoğan İsveçrə protokollarını parlamentin ratifikasiyasına göndərməyəcək.

Azərbaycan Prezidenti İlham Əliyev Ankaraya öz əvəzinə baş nazir Artur Rəsizadəni göndərdi. Bu da onunla bağlı idi ki, onsuz da Ərdoğan inaqurasiyadan bir neçə gün sonra Bakıya rəsmi səfərə gələcək.

Ərdoğanın baş nazir olduğu 12 ildə Türkiyə-Azərbaycan münasibətləri xeyli inkişaf etdi. Siyasi təmaslarla yanaşı ticarət dövriyyəsi artdı, Azərbaycan Türkiyəyə milyardlarla dollar investisiya qoydu, Azərbaycan qazının Türkiyə üzərindən Avropaya daşıyacaq Transanadolu layihəsi imzalandı, ayrıca gələn il Bakı-Tiflis-Qars dəmir yolu işə düşəcək. Ərdoğanın dövründə iki ölkə arasında hərbi əməkdaşlıq da inkişaf etdi, birgə silah istehsalına başlanıldı, birgə hərbi təlimlər həyata keçirildi. Ərdoğanın prezidentliyi dövründə bu istiqamətlər əvvəlki tək inkişaf etdiriləcək.

Əhməd Davudoğlunun baş nazir olması da Azərbaycanın maraqlarına uyğundur. Davudoğlu xarici işlər naziri olduğu dövrdə Azərbaycanla sıx əlaqədə olub, əməkdaşlığın bütün istiqamətlərində şəxsən iştirak edib, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bir sıra təşəbbüsü olub. Odur ki, Davudoğlu baş nazirliyi dövründə də Azərbaycanla siyasi, iqtisadi və enerji münasibətlərinə əhəmiyyət verəcək.

Ərdoğan prezident olduğu dönəmdə də Fətullah Gülən tərəfdarlarına qarşı mübarizəsini davam etdirəcək. Çünki Gülən hərəkatı hazırkı Türkiyə müxalifətindən güclüdür və Ərdoğanın əsas rəqibidir. Ərdoğan Türkiyə ilə yanaşı Gülənin xarici ölkələrdəki şəbəkəsini də neytrallaşdırmağa çalışır. Ərdoğan üçün Azərbaycan birinci sıradadır. İlham Əliyev Ərdoğanın istəyi ilə Gülənin Azərbaycandakı şəbəkəsini xeyli zəiflətdi. Buna baxmayaraq, Ərdoğan sentyabrın 3-də Bakıda Əliyevlə görüşərkən bu mübarizənin nəticələri ilə tanış olmaq istəyəcək.