vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BANK, BİRJA, SIĞORTA  
22:05 | 4 sentyabr 2014 | Cümə axşamı Məqaləyə 2307 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İki nazirliyin marağı toqquşub

Əli Abbasov: «Biz çalışacağıq müəyyən dövlət qurumlarını inandıraq ki, ...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Elektron ticarətin vergiyə cəlb edilməsi iki dövlət qurumu arasında fikir ayrılığına səbəb olub. Bu məsələdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Vergilər Nazirliyinin maraqları toqquşub.

ANS TV-nin məlumatına görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkədə elektron ticarətin vergi və gömrük rüsumlarından azad edilməsini istəyir. Bu fikri nazir Əli Abbasov səsləndirib. Bu sahədə çalışan şirkətlərin nümayəndələri ilə görüşən nazir onların da əsas istəyinin məhz bu olduğunu qeyd edib. Amma məsələ digər dövlət qurumlarından asılıdır.

«Biz çalışacağıq müəyyən dövlət qurumlarını inandıraq ki, inkişaf üçün virtual ticarətə gömrük - vergi rüsumlarından azadetmə vacibdir. Bir çox ölkələrdə bu belədir», - deyə Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov qeyd edib.

Amma Vergilər Nazirliyi fərqli düşünür. Qurumda hesab edirlər ki, əksinə elektron ticarətin dövriyyəsi getdikcə genişləndiyinə görə, vergi nəzarəti daha da ciddiləşməlidir.

Mövcud qanunvericiliyə görə, elektron ticarətlə məşğul olan şirkətlər ya nəzarət-kassa aparatları vasitəsilə vergiyə cəlb olunur. Ya öz gəlirləri və mənfəətləri barədə Vergilər Nazirliyinə hesabat təqdim etməklə vergi ödəməlidirlər.