vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
REGİON  
21:37 | 6 sentyabr 2014 | Şənbə Məqaləyə 954 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Öz çəkilmə arağımıza nə gəlib?»

Xomeyniyə lətifə qoşanlar sərt cəzalanacaq; molla rejiminin təsvirləri məsxərəyə qoyulur

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bir dostu imamdan soruşur: «Araq içəcəksən, yoxsa tekila?» Şərəfinə toxunulduğunu hiss edən imam kişiyə bir sillə çəkir: «Öz çəkilmə arağımıza nə gəlib?»...

Ayətullah Ruhullah Xomeyninin alkoqoldan qəzəblə imtina edərək yerli arağın (əraqi-saqi) maraqlarını qorumasını təsvir edən bu lətifə İranda SMS-lə göndərilən və sosial mediada paylaşılan yüzlərlə «imam lətifəsi»ndən yalnız biridir.

Bu lətifələr ümumən ziyansız olsa da İran mühafizəkarlarının fikrincə, onlar İslam Respublikası banisinə təhqirdir.

Sentyabrın 3-də İran polisinin rəisi İmayıl Əhmadi Moğadam xəbərdarlıq edib ki, Xomeynini təhqir edənlərə qarşı tədbirlər görüləcək: «Bizim küçələrimizin açıq, ölkəmizin azad olması o demək deyil ki, sürücülər bu küçələrdə maşınlarını istədikləri sürətlə sürə bilərlər. Bu təhqiramiz hərəkətlər də cinayət sayılır».

İ.Ə.Moğadam ötəri olaraq qeyd edib ki, azadlığın hüdudlarına hörmət qoymayanlar və ölkə qanunlarını pozanlara qarşı tədbirlər görüləcək.

Sadəcə «imam» adı ilə yad edilən Ayətullah Xomeyni İran İslam Respublikasında müqəddəs şəxs sayılır. İranın dövlət mediası onu bir qayda olaraq çox dindar, savadlı, müdrik, nəzakətli, rəhmli və öz həmvətənlərinin böyük qayğıkeşi kimi təsvir edir.

Müasir lətifələr məhz elə bu təsvirləri məsxərəyə qoyur. O, lətifələrdə içki içən, başqalarını dolayan, söyüş söyən və kobud danışan, rəhmsiz, duyğusuz və simic birisi kimi təqdim olunur.

Bəzi lətifələr Xomeyniyə aid ümumi tənqidləri əks etdirir, onun pulsuz su və elektrik kimi icra olunmamış vədlərinə işarə vurur: «Bir gün evinə gələn imam döşəmənin üstündə su, elektrik və qaz qəbzlərini görür. «Bəyəm bunlar pulsuz deyildi?» - deyə təəccüblənir imam».

Bu lətifədə unutqanlığı imamın zəif cəhətlərindən biri kimi təsvir edilir.

Başqa bir lətifə bir nəfərin imama elektrikin tez-tez kəsilməsi və xörəyini qaranlıqda yeməyə məcbur olması barədə şikayəti barədədir.»Nöyüt lampası yandır» - deyir imam. Axı ayətullah nefti adamların süfrəsinə gətirəcəyini vəd etmişdi.

Londonda yaşayan iranlı internet araşdırmaçısı Nəriman Qərib deyir ki, bu cür lətifələr əvvəlcə «Viber» vasitəsilə yayılardı, indi isə «Facebook»a keçib.

«İmamım fərqli xüsusiyyətləri» adlı bir facebook səhifəsi 20 minədək «like» qazanıb. Səhifənin administratorları bildiriblər ki, onu zarafat və məzə üçün yaradıblar və bu səhifə heç bir siyasi partiyaya aid deyil.

Ümumiyyətlə, iranlılar Nəzarətçilər Şurasının sədri, ayətullah Əhməd Cənnəti də daxil öz liderlərinə lətifə qoşmağı xoşlayırlar. Nəzarətçilər Şurasının sədrini yaşının qocalığına və üç onillikdir siyasi səhnədən düşmədiyinə görə hədəfləyirlər.

Lakin Xomeyniyə aid lətifələr ən azı son vaxtlaradək nisbətən az olub. Amma sosial medianın yaratdığı meyllər və davranış imam haqqında lətifələrin ildırım sürəti ilə yayılmasına gətirib çıxarıb.

«Xomeynini dolamaq normal bir şeyə çevrilib. Məncə, mühafizəkarları əsəbiləşdirən odur ki, ayətullah Xomeyni əzəmətini itirib və onu məsxərəyə qoymaq adamlar üçün bu qədər asanlaşıb» - deyir N.Qərib.

Bu həftənin əvvəllərində Tehranda yaşayan siyasətşünas Sadiq Zibakəlam belə bir mülahizə irəli sürüb ki, bu lətifələri prezident Həsən Ruhaninin hökumətinə təzyiq məqsədilə mühafizəkarların özləri yayırlar.

H.Ruhani iranlılara real və virtual həyatda daha geniş azadlıqlar vəd edib. Lakin prezident xüsusilə də mədəniyyət sahəsindəki siyasətinə mühafizəkarların müqaviməti ilə üzləşib.

«Onlar soruşurlar ki, Mədəniyyət Nazirliyi niyə bu davranışlara qarşı tədbir görmür. Deməli, təqsir Ruhaninin hökumətindədir» - S.Zibakəlam deyir.

O, belə bir ehtimal da irəli sürür ki, mühafizəkarlar bu lətifələrdən hökumətin təqdim etməyə hazırlaşdığı yüksək sürətli internetə və sosial şəbəkələrin filtrlənməsinin mümkün ləğvinə qarşı istifadə edirlər.

S.Zibakəlamın qənaətinə görə, mühafizəkarlar düşünə bilərlər ki, əgər «imam lətifələri» internet və bloklanmış sosial media saytlarında belə sürətlə yayılırsa, gör onda internet sürətli, saytlar isə filtrsiz olanda vəziyyət necə olacaq.

Mühafizəkarlar bu yaxınlarda hökumətin iki mobil telefon operatoruna 3G xidmətləri üçün lisenziyalar verməsini kəskin tənqid ediblər. Onlar iddia edirlər ki, daha sürətli internet qeyri-islami materialların yayılmasına rəvac verə bilər.

Lətifələrin sürətlə yayıldığı bir vaxtda internetdə üzərində qüdrətli İslam Keşikçiləri Qvardiyasının emblemi olan «gizli məktub»un fotosu dərc olunub. Kommunikasiya naziri Mahmud Vaiziyə ünvanlanmış məktubda bu lətifələri yayan saytların filtrlənməsinə göstəriş verilir.

M.Vaizi sentyabrın 4-də bu məktubun saxta olduğunu bəyan edib. O, ikibaşlı şəkildə əlavə edib ki, «hökumətə təzyiq göstərmək istəyən şəxslər düzgün hədəf seçməyiblər» («Azadlıq» radiosu).