vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
TÜRK DÜNYASI  
09:52 | 9 sentyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 2216 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

TRT-dən Azərbaycana hörmətsizlik

«Erməni mədəniyyəti»ndən hazırlanan süjetdə aparıcının mədəniyyətsizliyi

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin TRT kanalı Ermənistanın paytaxtı İrəvandan «mədəni əlaqələrin böyüklüyünü əks etdirən» süjet hazırlayıb.

«Kanalbaku»-nun təqdim etdiyi süjetdən də görünür ki, İrəvanda oxunan «milli musiqi»nin qədim Azərbaycan havası olmasına rəğmən, aparıcı bu mövzuya ümumiyyətlə toxunmur. Geyimindən tutmuş əllərində tutduqları alətlərə qədər büsbütün oğurluq olan bu «mədəniyyətdən» ağız dolusu danışan aparıcı İrəvandakı Göy Məscidi tanıdarkən bu məscidin kimlər tərəfindən tikildiyini, kimlərin yüz illərlə burada ibadət etdiyi də xatırlatmır. Sadəcə, onu deyir ki, bu məsciddə «İrandan gələnlər ibadət edir». Halbuki elə ötən gün Göy Məsciddə namaz qılmaq üçün Türkiyə müsəlmanlarının etdiyi müraciətə İrəvan rədd cavabı vermişdi.

Bazarda belə erməni satıcı Azərbaycan meyvələrinin adını çəkib, onların azərbaycanca adlarını desə də, aparıcı bu «mədəniyyəti» yaxından tanımamalarından təəssüflə danışmaqda davam edir.