vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNEY  
11:27 | 9 sentyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 1855 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranlı azərbaycanlı atanın üsyanı

«Oğlumun türk adı üçün mübarizə aparacağam»

Eldar TANRIVERDİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Oğluna verdiyi adı rəsmi qeydiyyatdan keçirə bilmədiyini deyən iranlı ata «sonadək mübarizə aparacağını» bildirir. İranlı azərbaycanlı Firuz Yusifi iki aydır ki, oğluna verdiyi AlpOrhan adını rəsmi orqanlarda təsdiq etdirə bilmir, onun özü BBC Azərbaycancaya deyib.

«Deyirlər ki, bu xarici addır, ona görə də qeydə ala bilmərik», cənab Yusifi bildirir və iddia edir ki, problem oğluna seçdiyi adın «türk adı olmasındadır».

35 yaşlı Firuz Yusifi Tehranda yaşayır, AlpOrhan adını verdiyi və ilk övladı olan oğlu iki ay əvvəl dünyaya gəlib.

Oğlu hazırda rəsmən adsız olan ata deyir ki, iranın adlar barədə qanunlarını oxuyub. «Biz seçdiyimiz ad xarici ad deyil. Qanunda yazılmayıb ki, türk adlarını qoymayın».

Cənab Yusifli iddia edir ki, türkcə adlara belə yasaqlar «zaman-zaman olur və bunlar yazılmamış qanundurlar».

«Biz türklər buranın yerlisiyik, bura bizim yurdumuzdur, adlarımız xaricidirsə, demək özümüz də xariciyik. belə deyil. Biz buranın yerli millətiyik, türkük, İran coğrafiyasında yaşayırıq. Adlarımız da özümüzünküdür, xarici deyil».

İranın keçmiş xarici işlər naziri Əli Əkbər Salehi iki il əvvəl İranda əhalinin 40 faizinin Klikləyin türkcə danışdığını demişdi.

İran prezidenti Həsən Ruhani seçki kampaniyasının zamanı azərbaycanlılara öz ana dillərində təhsil almaq imkanı veriləcəyi barədə vədlər etməsinə dair məlumatlar yayılmışdı.

İranda yaşayan etnik azərbaycanlılar tez-tez hüquqlarının pozulmasından şikayət edir.

Cənab Yusifi deyir ki, hələ ki, yalnız adları qeydiyyat qurumuna baş vurub və oğluna istədiyi adı qoymağa nail olmasa, prezident Rohaniyə məktub yazacaq.

«Olardan bir nəticə ala bilməsəm, məhkəməyə gedəcəyəm, millət vəkillərinin yanına gedəcəyəm, İran prezidentinə məktub yazacağam».

«Ancaq mən yorulmayacağam, sonunadək çalışacağam ki, bu adı alım», cənab Yusifi israrla bildirir.