vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
QARABAĞ  
12:25 | 27 oktyabr 2014 | Bazar ertəsi Məqaləyə 1014 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan üçün kritik gün...

Parisdə işğaldakı torpaqlarımız, həmin torpaqlarımızda isə girov vətəndaşlarımız...

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Ermənistan tərəfindən girov götürülən azərbaycanlı Şahbaz Quliyev və Dilqəm Əsgərovun «məhkəmə»si keçiriləcək. Proses Xankəndidə baş tutacaq.

Qeyd edək ki, oktyabrın 8-i Xankəndi şəhər məhkəməsi Şahbaz Quliyev və Dilqəm Əsgərovla istintaq materiallarının artıq məhkəmə verildiyini, ancaq prosesin konkret başlama tarixinin hələ müəyyənləşdirilmədiyini bildirmişdi. «Məhkəmə» prosesi Anatoli Tadevosyanın sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, bir müddət öncə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.

Bundan əlavə Kəlbəcər girovlarının məhkəməsi ilə eyni gündə Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək. Görüş Fransa prezidenti Fransua Ollandın iştirakı ilə Yelisey sarayında keçiriləcək. Hazırda bütün diqqətlər prezidentlərin görüşünə və girovların məhkəməsinə yönəlib.