vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
REGİON  
16:45 | 23 noyabr 2014 | Bazar Məqaləyə 1135 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putindən sensasiya

«Ömürlük prezident olmaq fikrim yoxdur»

MÖVZU İLƏ ƏLAQƏLİ

Vladimir Putin ömürlük prezident olmaq fikrində olmadığını, bunun Rusiya üçün ziyanlı ola biləcəyini bəyan edib.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, V.Putin bu fikirlərini TASS-ın «Birinci şəxslər» adlı xüsusi layihəsi çərçivəsində sualları cavablandırarkən dilə gətirib. Bununla belə V.Putin prezidentliyə namizədliyini 2018-ci ildə də irəli sürəcəyini istisna etməyib.

V.Putin ona ünvanlanan «ömürlük dövlət başçısı qalmaq istəyirsinizmi, belə fikriniz varmı» sualına belə cavab verib: «Yox. Bu, düzgün deyil, ölkəyə də ziyandır, mənə də gərək deyil. İndi elə vəziyyətdəyəm ki, heç nəyi gizlətmək mümkün deyil. Yox, söhbət yorğunluqdan da getmir. Mən reallıqlardan çıxış edirəm. Nəyinsə quyruğundan bərk-bərk, dördəlli yapışmağın heç bir mənası yoxdur. Mən Rusiyaya səmimi şəkildə xidmət etdim və edirəm. Özümü ifadə və realizə etmək üçün əlimdən gələni edirəm. Amma təkrar edirəm, nədənsə bərk-bərk yapışmaq həm ziyanlıdır, səmərəsizdir, həm də maraqsızdır».

Putin deyib ki, Rusiya konstitusiyası ona namizədliyini yenidən irəli sürmək imkanı verir: «Bəli, namizədliyimin yenidən irəli sürülməsi imkanları və ehtimalı var. Konstitusiya mənə belə bir imkanı verir. Lakin bu, o demək deyil ki, mən belə bir qərarı mütləq qəbul edəcəyəm. Bu barədə düşünmək hələ tezdir. Vaxtı çatanda ümumi kontekstdən, ölkənin maraqlarından çıxış edəcəyəm və öz əhval-ruhiyyəmdən asılı olaraq nəsə bir qərar verəcəm. Yəni prezidentliyə namizədliyimi yenə irəli sürüb-sürməyəcəyimi hələ heç özüm də bilmirəm».