vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
14:36 | 24 noyabr 2014 | Bazar ertəsi Məqaləyə 1268 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azərbaycan bizə zərbələr endirəcək»

Erməni nazirin müşaviri cəmiyyətlərini buna hazırlayır

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan müdafiə naziri Seyran Ohanyanın müşaviri David Camalyan Azərbaycan ordusunun zərbələrindən ehtiyat edir.

ANS PRESS-in məlumatına görə, müşavir erməni cəmiyyətini buna hazırlayıb. «Azərbaycan tərəfinin sakit oturacağını demək doğru olmazdı. Bu həm özümüzü, həm də cəmiyyəti aldatmaq anlamına gələrdi. Onlar bizə qarşı əməliyyatlar keçirəcəklər. Çünki snayperlər hələ də təmas xəttindədir«, - deyə David Camalyan müsahibəsində bildirib.

O, erməni tərəfinin guya xüsusi əməliyyat keçirərək Azərbaycan tərəfinin vurduğu helikopterin bəzi hissələrini və pilotların meyitlərinin çıxarılmasından da danışıb.

Azərbaycanın Müdafiə Nazirliyi erməni tərəfinin bu iddiasına cavab vermişdi. Cavabda noyabrın 12-də Ermənistan silahlı qüvvələrinə məxsus helikopterin düşdüyü ərazidən meyitlərin qalıqlarının çıxarılması ilə əlaqədar guya xüsusi əməliyyat keçirilməsi və Azərbaycan Silahlı Qüvvələri bölmələrinin bu istiqamətdə itki verməsi barədə erməni tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur, bu məqsədyönlü surətdə yayılan növbəti təxribat və yalan olduğu bildirilirdi.

Düşmən tərəfinin vurulmuş helikopterdəki meyitlərin adı altında hər hansı bir qalıqları nümayiş etdirə biləcəyi ehtimalını əvvəlcədən təxmin edərək bildiririk ki, bu ancaq erməni xalqını aldatmaq niyyətilə əvvəllər verdikləri itkilərin nümayişi ola bilər.