vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
TÜRK DÜNYASI  
20:05 | 22 dekabr 2014 | Bazar ertəsi Məqaləyə 1547 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Stilistim yoxdur, fəhlə oğlanam»

Qazaxıstan prezidentindən səmimi açıqlamalar

MÖVZU İLƏ ƏLAQƏLİ

Qazaxıstan prezidenti Nursultan Nazarbayev jurnalistlərlə görüşü zamanı səmimi açıqlamalar verib. Modern.azxarici mətbuata istinadən xəbər verir ki, 74 yaşlı prezident heç zaman stilistə müraciət etmədiyini söyləyib:

«İnternetdə məni müzakirə edirdilər. Kostyumum hardandı və qalstuklarımı kim seçir? Heç kəs seçmir. Nə stilistim var, nə də kostyum seçənim. Bəzi prezidentlər bütün səfərlərində onları özləri ilə aparırlar».
Bununla yanaşı, Nazarbayev uşaqlıqdan bütün işlərini özü gördüyünü deyir: «Sadəcə, mən uşaqlıqdan fəhlə oğlan olmuşam. Mən kəndlilərin arasından, ən aşağılardan çıxmışam. Yeri gəlmişən, əmək fəaliyyətinə metallurq kimi başlamışam. Kürək və lom əlimdə çalışmışam və məhz bu iş məni formalaşdırıb».