vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
ƏDƏBİYYAT  
18:11 | 15 aprel 2015 | Çərşənbə Məqaləyə 2786 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dul kişinin iztirabları

Səxavət Sahil: «Qadınsız, yalavac it kimidir...»

MÖVZU İLƏ ƏLAQƏLİ

15.04.15 - Səxavət Sahil: «Qadınsız, yalavac it kimidir...»...

Boşanmaq istəyən qadınlara həsr olunur

 

1.

Boşanan kimi, elə həmin gün

yəni məhkəmədən çıxıb bir baş evə gəldim.

Bir az darıxdım, o da səndən çox

tək qalmağın darıxmaqlığıydı.

Vecimə almadım, öz-özümə qürurlandım –

azad olmuşdum qayğılardan

ən çox da sənin ucuz tənələrindən.

Sonra getdim dostlarla araq içməyə

olan-qalan nəyin varsa tamam unutmağa.

 

2.

Bir həftə ütüləyib yığdığın köynəkləri geydim,

yuyub qoyduğun boşqabları kirlədim,

yan-yana asdığın dəsmallarda sildim üzümü

təmiz çaşkalarda dəmlədim birdəfəlik çayları –

ayrılmağın ləzzətini çıxarırdım hər şeydən.

 

3.

İkinci həftə üşüyürdüm – qızdıra bilmirdim otaqları

divarlar buz “qoxuyurdu”,

yadırğamışdım istiotlu qazan yeməklərini

kolbasa qoxusu “zəbt eləmişdi” soyuducumu.

Üzüm gəlmirdi evə tez gəlməyə -

Gecəyarı qaranlıq otaqda soyuq yatağa girirdim.

 

4.

Ayrılığı çaşkanın kirdən saralan rəngində gördüm,

qadınsızlığı ağ köynəklərin qaralmış boynunda tapdım,

boşanmağı sidik qoxusu gələn alt paltarımda hiss elədim,

tər “ətirli” corablar qalaqlanırdı küncdə,

toz qatı qar kimi ağarırdı televizorun üzündə.

 

5.

Məhkəmədən aldığım boşanma arayışını

bilmirdim hara qoyum - ən azı yüz dəfə dəyişmişdim yerini.

Cehiz gətirdiyin “xrustallar”la qorxurdum üz-üzə gəlməyə

əksimi görəndə utana bilmirdim,

servantda düzdüyün nimçələr

dövlət ittihamçısı kimi üzümə dururdu.

Hər axşam qayıdanda

cinayət yerinə gətirilən qatil sayırdım özümü,

evdəki bütün güzgülərin üzünü bağlamışdım.

 

6.

Sən demə həyat daha çox qadınmış

faizlə götürəndə 70-in 30-a.

Qadınsız, qışda küçələri dolaşan

yalavac it kimidir kişilər,

öldürər təkliyin şaxtası bir gün,

öldürər, qoymaz çıxa yaza.