vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
MÜBAHİSƏ  
16:30 | 26 fevral 2014 | Çərşənbə Məqaləyə 2869 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Cəsarəti olsaydı, atasının dəfninə gələrdi»

Mirmahmud Mirəlioğlu: «Mütəllibovun yaddaşı getdikcə zəifləyir, səviyyəsi aşağı düşür»

Ruslan XƏLİL

MÖVZU İLƏ ƏLAQƏLİ

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu eks-prezident Ayaz Mütəllibovun Xalq Cəbhəsi Hərəkatının ünvanına səsləndirdiyi ittihamlarla bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

- Ayaz Mütəllibov mətbuata müsahibələrində sizin də təmsil olunduğunuz Azərbaycan Xalq Cəbhəsini ittiham edib. Eks-prezidentin ittihamları nə dərəcədə həqiqətdir?

- Ayaz Mütəllibovun memuarında qeyd etdikləri, müsahibələrində dedikləri açıqlamalardan daha çox sayıqlamaya oxşayır. KXCP İdarə Heyəti Azərbaycan SSRİ- nin ilk və son prezidenti, 20 yanvar şəhidlərinin qanı üəzrindən hakimiyyətə gətirilən, xeyr- duasını Moskva ağalarından alan Ayaz Mütəllibovun son açıqlamalarına bir daha münasibət bildirdi. Qeyd etdik ki, Ayaz Mütəllibovun tarixi faktları təhrif etməsi onun xarakerindən, tərcümeyi- halından, özünüqoruma instinktindən irəli gələn mənəvi aşınmanın, hüquqi savadsızlığın və siyasi əxlasqsızlığın nümunəsidir. Bu, həm də tam olaraq mənim mövqeyimdir. Onun yaddaşı getdikcə zəifləyir, səviyyəsi aşağı düşür. Ayaz Mütəllibov tutduğu vəzifəni qiymətləndirə bilmir. Onun cəsarəti olsaydı, atasının dəfn mərasiminə gələrdi. Təsəvvür edirsiniz, adamın atası ölür,  »mənim cinayətim yoxdur» deməsinə baxmayaraq,  həbs qorxusundan ölkəyə gəlmir. Amma Azərbaycana gələndən sonra onu ölkəyə buraxmayanların qarşısında əyildi. Bu, Ayaz Mütəllibovun mahiyyətidir. Bu adama başqa nə ad qoymaq olar. Ayaz Mütəllibov həm də qorxaqlıq simvoludur. Təəssüvlər olsun ki, onun «70 ilin ilin 70 anı» adlı memuarı yalanlarla doludur. 

 

- Ayaz Mütəllibov istər memuarında, istəsə də, müsahibələrində Qarabağ savaşı, Xocalı soyqırımına görə özünü günahkar bilmir. Doğurdanmı, onun heç bir günahı olmayıb?

- Ayaz Mütəllibov günahını etiraf edəcək səviyyədə də cəsarətə malik birisi deyil. Ekstremal stiuasiyada insanda özünüqoruma hissi- instinkt yaranır. Daha çox heyvani hissdir. Hamıda var, amma Ayaz Mütəllibovda özünüqoruma instinkti daha güclüdür. Hiss olunur ki, indiki vəziyyətdə kimsə onu danışdırır. Həm də ölkədə prosesləri qarışdırmaq lazımdır, deyə Ayaz Mütəllibov fəallıq edir. Mütəllibovçular da yavaş-yavaş fəallaşmağa başlayacaqlar. Görünür, xaricdə Azərbaycanla bağlı projelər hazırlanıb. 

 

- Eks-prezidentin açıqlamalarından belə məlum olur ki, Qarabağ konfliktində, nəinki özünün heç bir günahı olmayıb, Xalq Cəbhəsinin rolu erməni və rusların rolundan daha çox olub...

- O adamda Xalq Cəbhəsi Hərəkatına və onun fəallarına patoloji nifrət var. Nifrət onda ədalət hissini də öldürüb. O, ağsaqqal yaşında bir qədər diqqətli olmalıdır. Ayıbına kor olmalıdır. 1991-ci il 20 noyabrda onun komanda üzvlərini qətlə yetirən Rusiya və Ermənistana heç bir söz deyə bilmir, amma bütün günahları böyük həvəslə Azərbaycan müxalifətinin üzərinə atır. Ayaz Mütəllibov Azərbaycanın xoş xatırlanmayan keçmişidir. 

 

- Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) istefada olan polkovniki Əzizağa Süleymanov sizin Ayaz Mütəllibovla bağlı mövqeyinizi çox kəskin tənqid edib. Barənizdə «Mirmahmud Mirəlioğlunun saqqal saxlaması onun seyid olması demək deyil... Hər oxuyandan molla Pənah Vaqif olmaz» deyib. Onun eks-prezidentin müdafiəsinə qalxması təsadüfidirmi? 

- Sosial şəbəkədə istər öz, istərsə də başqa adlarla girib barəmizdə hədyanlar yazanlar var. Bunlar «facebook qəhrəmanlar»ıdır. Amma öz adlarını yazmağa cəsarətləri çatmır. Adını çəkdiyiniz şəxsi tanımıram. Ayaz Mütəllibovu ancaq SSRİ-vaxtında xüsusi mühafizə xidmətində işləmiş adamlar müdafiə edə bilər. Bu təbiidir. Mənim seyid olmadığımı iddia edirsə, ona nə deyim. Mənim şəcərəm bəllidir. Getsin, baxsın.  Hər yoldan keçənə cavab verəsi deyiləm ki... Deyir də.. Bu da onun mövqeyidir. Mən onun mövqeyini qəbul etmirəm. 

 

- Sizcə, Xocalıda baş verən qırğın görə, məsuliyyəti kim daşımalıdır?

-  Xocalı soyqırımı Dağlıq Qarabağda separatçıların başlatdığı qırığının pik nöqtəsi idi. Separatizm Rusiyanın köməkliyi ilə ermənilər tərəfindən başladıldı. O vaxtkı Azərbaycan hakimiyyətinin səriştəsizliyi ucbatından ermənilər öz mənfur niyyətlərini həyata keçirdilər. Qırğınlara görə, məsuliyyəti Rusiya, Ermənistan və Mütəllibov hakimiyyəti daşıyır.