Şoferin “sülh səfəri” ...
... Yaxud Ermənistanın mənasız cəhdi
Aqşin KƏRİMOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
Nyu-Yorkda siçovul böhranı
Leptospiroz xəstəliyinə yoluxanların sayında ciddi artım var
-
Nüvə müharibəsinə hazırlıq qızışır
ABŞ yeni döyüş başlığının istehsalına başlayır
-
Çinə qarşı kiber hücum ittihamı
Hakerlər ABŞ-ı susuz və enerjisiz qoymağa çalışıblar
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
-
Amerika seçicisi balans istəyir
Sorğuda respondentlərin əksəriyyəti “dünya siyasətinə daha az qarışılmasına” tərəfdardır
-
“Onlar insan deyil”
Tramp ölkədəki qeyri-qanuni mühacirləri hədəfə alıb
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
“ABŞ seçkiyə kölgə saldı”
Nikolas Maduro: “Vaşinqtonda əsəblər gərgindir”
-
Vaşinqton və “boz ərazi”
Bayden administrasiyasının heç vaxt dəqiq strategiyası olmayıb
-
“Əlaqələr kəsilməməlidir”
ABŞ və Çin arasında kritik görüş – “Tayvan qırmızı xətdir”
-
5 milyard ödəyəcək
“Google” təzminat iddialarını qəbul edib
-
“Lego”dan ABŞ polisinə etiraz
Şübhəlilərin üzünün örtülməsinə görə ....
-
NATO-ya qadın başçı
Dünyanın ən güclü hərbi ittifaqına qatı antirusiyaçı, keçmiş SSRİ vətəndaşı rəhbərlik edəcək
-
“Havana sindromu” – sirr pərdəsi aralanır
Dünyanın səbirsizliklə gözlədiyi hesabat dərc olundu
ABŞ dövlət katibinin köməkçisi Karen Donfrid Dövlət Departamentindən alınan təlimat əsasında, ABŞ-ın Qafqazdakı danışıqlar üzrə baş müşaviri Endryu Şoferi Ermənistana yola salıb. Şofer artıq İrəvandadır və yolunu buradan sonra Bakıya salacaq.
Bu səfər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində Qərbin bundan sonrakı rolunun hansı səviyyədə olacağını müəyyən etmək üçün kəşfiyyat xarakteri daşıyır.
Hərçənd ki, cənab Şoferin siması və soyadı bizə əvvəldən tanışdır, o, bundan əvvəl ATƏT-in Minsk qrupunun amerikalı həmsədri qismində regiona səfərlər edib.
ATƏT-in Minsk qrupunun həmsədri - biz bu ifadəni işlədərkən taleyi de-yure cəhətdən böyük sual altında olan, faktiki olaraq dəfn edilən bir institutu nəzərdə tuturuq.
Tarixi yada salmırıq, son iki ildəki tablodan çıxarış etsək, görürük ki, ATƏT-in Minsk qrupunun ali platforması olan həmsədrlik kürsüsü Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair normal düsturlar verə bilmir.
Ukraynadakı müharibə isə ABŞ, Rusiya və Fransanı Cənubi Qafqaza dair onsuz da əvvəldən də şübhəli olan vahid baxış müstəvisindən uzaqlaşdırır və tərəflər ancaq öz dövlətlərinin iradəsi ilə proseslərdə aktiv iştirakçılığa can atırlar.
Elə ABŞ Dövlət Departamenti də amerikalı diplomatın regiona səfərini həmsədr qiyafəsindəki trafik adlandırmaqdan qaçır.
Dövlət Departamentinin səfər barədə məlumatı:
“Dövlət katibinin köməkçisi Donfrid ABŞ-ın bu prosesə necə dəstək verə biləcəyini müzakirə etmək üçün Qafqazdakı danışıqlar üzrə baş müşaviri Endryu Şoferi regiona göndərir”.
Buna rəğmən Ermənistan hələ də bulanıq sularda balıq tutmaq sevdasından əl çəkmir.
Ermənistanın rəsmi resursları və media platformasının təqdimatlarında Şoferin İrəvanda keçirdiyi görüşlər həmsədr çərçivəsinə salınır. Məlumatlarda Şoferin adının önünə “həmsədr” epiteti yapışdırılır.
Minsk qrupunun tərkibinin dəyişdirilməsi və ya həmsədrlik postunun ləğvi proseduru həyata keçirilməyib, amma faktiki olaraq həmsədrlik dərinləşən qlobal ziddiyyətlər burulğanında sovrulub. Bu tezisi gücləndirən arqumentlər:
1. Rusiyanın rəsmi şəkildə bəyanatları,
2. Bir neçə gün öncə fransalı həmsədr Bris Rokfey Ermənistana səfər etdi. Amma o, həmsədr qismində deyil, Fransa Xarici İşlər Nazirliyinin Şərq tərəfdaşlığı üzrə xüsusi nümayəndəsi kimi İrəvanda idi,
3. ABŞ da yaydığı informasiya ilə həmsədrliyin tarixə qovuşduğu məntiqini gücləndirdi.
İndi Ermənistanın “həmsədr” müraciəti isə ümidsizlik və çarəsizlikdən doğan təəssüratlardır və instinktiv mahiyyət daşıyır.
ABŞ-ın məqsədi həmsədr kimi yox, məhz qlobal oyunçu kimi Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin sətirləri arasına öz marağını qatmaqdır.
Prosesin qlobal çəkişmələr fonunda hansı yöndə olacağı başqa mövzudur, bizim demək istədiyimiz odur ki, Ermənistanın “qəbri” üzərində “başdaşı” ucaldılan həmsədrliyi diriltmək cəhdlərinin heç bir əsası yoxdur və bu səyləri nəticəsiz qalacaq.