vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
DİGƏR NÖVLƏR  
09:13 | 10 aprel 2014 | Cümə axşamı Məqaləyə 2900 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropa Oyunlarına hazırlıq sürətləndirildi

Azad Rəhimov: «Bakıda biletlərin qiyməti fərqli olacaq»; yarışlar paytaxtdakı 12 arenada keçiriləcək

Fərahim İLQAROĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakıda 2015-ci ildə dünyada ilk dəfə Azərbaycanda keçiriləcək Avropa Yay Oyunlarına hazırlıq sürətlənib. Bakıda, Nizami rayonunda böyük olimpiya şəhərciyinin tikintisi tamamlanıb. Avropa Olimpiya Komitəsinin Romada keçirdiyi Baş Assambleyasında verilən qərara əsasən, bu oyunlara ev sahibi olmaq ilk olaraq bizim ölkəyə verilib.

Bakıda Avropa Oyunları çərçivəsində 20-yə yaxın idman növündə yarışların keçirilməsi gözlənilir. Bakıda keçiriləcək yarışlarla bağlı yeni təhlükəsizlik sistemi qurulacaq, nəqliyyat sistemi yeniləşdiriləcək. 

Heydər Əliyev prospektinin kənarında «Koroğlu» metrosunun yaxınlığında tikilən Milli Gimnastika Arenasının (MGA) tikintisi də tamamlanmaq üzrədir. İş icraçılarından «Yeni Müsavat»a verilən məlumata görə, mayın 10-na kimi istifadəyə verilməsi nəzərdə tutulan gimnastika arenasında öncə yerli oyunların keçirilməsi nəzərdə tutulub.

Burada olarkən öyrəndik ki, əsasən bədii gimnastika yarışlarının keçirilməsi üçün nəzərdə tutulan arenanın azarkeş tutumu 6-7 min nəfər arasında olacaq. MGA əsasən, müsabiqə səviyyəsində Ritmik və Bədii Gimnastika yarışlarına, tədbirlərinə ev sahibliyi etmək üçün layihələşdirilib. MGA beynəlxalq yarışlar üçün gimnastların təlim keçmələri məqsədilə də nəzərdə tutulur. Gimnastların təlim keçmələri üçün imkanlara yardımçı otaqlar, təlim zalları, auditoriyalar, yeməkxanalar, idman zalları aiddir. Arenanın imkanlarına gəldikdə, məişət əşyaları, qida və içki bölmələrindən ibarət 2 əsas şöbə, onlardan yuxarıda isə VİP şəxslər üçün müxtəlif ölçülü dəbdəbəli lojalar yerləşəcək. Həmçinin arena meydançasına baxma imkanı yaradan 2 mərtəbəli restoran üçün geniş yer ayrılacaq.

MGA beynəlxalq yarışlara ev sahibliyi edərkən beynəlxalq media və sponsorlar üçün müsahibə otaqları, media nəzarəti mərkəzi və sponsor otaqlarından başlamış mətbuat otaqlarına qədər müasir dünya standartlarına uyğun idman məkanlarına qoyulan bütün tələblərə cavab verəcək.

Arenanı tamamlamaq üçün 24 min kvadratmetr ətraf landşaft layihələşdirilib. Burda 300 maşının saxlanması üçün yeraltı avtomobil dayanacağı olacaq. Layihənin memarı Brodvey Malyandır.

Avropa Oyunları Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu, «Baku Crystal Hall», «Sərhədçi» İdman Kompleksi, Əl Oyunları Sarayı, 8-ci Kilometr stadionu, Güllə atıcılığı stendi, Bakı Ekspo Mərkəzində, Su İdman Növləri Mərkəzi və Gimnastika Kompleksində keçiriləcək. Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin Bakıda, Böyükşor gölünün yaxınlığında inşa olunan 65 min yerlik Olimpiya Stadionunda keçiriləcək.

Avropa oyunlarının biletlərinin qiymətinə gəlincə, gənclər və idman naziri Azad Rəhimov bildirib ki, hələ biletlərin xüsusi görkəmi ilə bağlı məsələlər müzakirə edilir: «Biletlərin qiymətləri isə olimpiya oyunlarının qiymətləri səviyyəsində olmayacaq. İndiyə kimi oyunlar Londonda, Vankuverdə, Pekində, Soçidə keçirilib. Oralar Avropanın, böyük ölkələrin paytaxtlarıdır, Bakıda qiymətlər fərqlidir. Biz istərdik ki, zallar dolu olsun, ona görə də çalışacağıq ki, biletlərin qiymətləri münasib olsun».

Qeyd edək ki, Bakıda Avropa Oyunlarında 20-yə yaxın idman növündə yarışların keçirilməsi gözlənilir. Oyunlarının proqramına 28 yay olimpiya idman növündən 15-i, həmçinin 2 qeyri-olimpiya idman növü daxil olacaq. Bu günə qədər beynəlxalq həndbol, voleybol, reqbi, boks, cüdo, biatlon, atçılıq, badminton, taekvando, kamandan oxatma, qılınc oynatma, kanoe, stolüstü tennis və güləş federasiyaları artıq Bakıda keçiriləcək Avropa Oyunlarında iştiraklarını təsdiq ediblər.