vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
AVROPA  
09:57 | 28 avqust 2014 | Cümə axşamı Məqaləyə 2476 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İngiltərədə İŞİD qorxusu

«Suriyaya və İraqa döyüşməyə gedənlərin sayı 500-ü keçib»

MÖVZU İLƏ ƏLAQƏLİ

İngiltərə «İslam Dövləti» (İŞİD) terror qruplaşmasına üzv olan ingilislərin sayının artmasından və onların nə vaxtsa öz ölkələrində terror aktları törədə biləcəklərindən ehtiyat edir.

ANS PRESS-in məlumatına görə, London polis müstəntiqlərindən olan Hoqan Hou İngiltərənin terrorla mübarizə sahəsində gördüyü tədbirləri nəzərdən keçirməli olduğunu bildirib.

«Bizim əsl qorxu mənbəyimiz, İngiltərədən Suriyaya və İraqa döyüşməyə gedənlərin sayıdır. Ən az 500-600 nəfərin getdiyini düşünürük. Bəziləri geri qayıdıb. Gözümüz onların üstündədir. Bir terrorist şəbəkəsi içindədirlər. Bu, bizdə narahatlıq yaradır. Çünki onların 2/3-nin London ərazisində yaşadığını güman edirik. Bu isə böyük bir rəqəmdir» – deyə, polis komissarı narahatlığını dilə gətirib.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ nümayəndələri də ölkələrindən İŞİD-ə üzv olma sayının artmasına görə narahatlıq hissi duyduqlarını bildirmişdilər.