vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
12:14 | 28 avqust 2014 | Cümə axşamı Məqaləyə 2268 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərdoğan bu gün Gülü yola salacaq

12-ci prezidentin andiçməsinə 90 ölkənin yüksək rütbəli rəsmisi şahidlik edəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçiriləcək.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ali Qurultayında and içərək vəzifəsinə başlayacaq. Daha sonra isə mərasim Ankaradakı Çankaya Köşkündə davam edəcək.

Çankaya köşkündə yerli vaxtla saat 11:00-da başlayacaq mərasimə altı qitədən 90-dan çox ölkənin yüksək səviyyəli nümayəndəsi iştirak edəcək.

Mərasimdə R.T.Ərdoğan ölkənin 11-ci prezidenti Abdullah Gülə «Dövlət Şərəf Medalı»nı təqdim edəcək və onu hərbi mərasimlə yola salacaq.