vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
AMERİKA  
13:25 | 25 noyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 1944 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-da həbslər kütləviləşdi

Missuri ştatına qoşun yeridildi, irqçiliklə bağlı aksiyalar nəzarətdən çıxıb

Eldar TANRIVERDİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • «Bizi hələ də linç edirlər!»
  • «Nə qədər ki, qaradərililər var, ...»
  • «Kasıblara qarşı müharibəyə son qoyulsun»

ABŞ-ın Ferqüsson şəhərində davam edən toqquşmalarla bağlı polis əməkdaşları ən azı 29 nəfəri saxlayıb. AzVision.az-ın məlumatına görə, bu barədə yerli polisə məxsus «Twitter» səhifəsində məlumat paylaşılıb.

Missuri ştatının qubernatoru Cey Nikson Ferqüssona Milli Qvardiyanın yeridilməsi ilə bağlı əmr verib. 

Xatırladaq ki, axşam saatlarından etibarən ABŞ-ın Missuri ştatı Ferqüsson şəhərində yerli əhali və polis əməkdaşları arasında toqquşmalar baş verib. 

Məlumata əsasən şəhərdə toqquşmalar böyük jürinin qaradərili yeniyetməni öldürən polis əməkdaşını məhkəməyə cəlb etməmək qərarından sonra başlayıb.

Xatırladaq ki, qaradərili Maykl Braun mağazanı qarət edərkən ağdərili polisin açdığı atəş nəticəsində həlak olub. Daha dəqiqi, Braun mağazadan bir qutu siqar götürüb və pulu verməyib, satıcıya kobudluq edərək gedib. Bu, mağazadakı kameranın çəkdiyi kadrlardan da görünür. Onun öldürülməsi şəhərdə etiraz aksiyalarının keçirilməsinə səbəb olub. xəbər verdiyimiz kimi, hazırda Ferqüssonda komendant saatı elan edilib.