vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNDƏM  
16:12 | 23 dekabr 2014 | Çərşənbə axşamı Məqaləyə 2690 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dövlətə xəyanətdir»

Ərdoğanın bəyanatı Türkiyəni şoka saldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə prezidenti özünün növbəti bəyanatı ilə türkləri bir daha şoka salıb. Virtualaz.org «Reuters» agentliyinə istinadən xəbər verir ki, Ərdoğan hamiləlik əleyhinə vasitələrdən (kontraseptiv vasitələrdən) istifadə etməyi dövlətə xəyanət adlandırmaqla türkləri növbəti dəfə heyrətləndirib.

Qeyd edək ki, Ərdoğan indiyədək nikah şahidi olduğu gənclərə ən azı 3 uşaq dünyaya gətirməyi məsləhət görməsi ilə məşhurdur. O, bu tövsiyəsini bütün belə mərasimlərdə dilə gətirib.

«Nəsil artırmağın, çoxlu uşaq sahibi olmağın həm iqtisadi, həm də mənəvi əhəmiyyəti böyükdür» - Ərdoğanın tövsiyəsi bu şəkildədir.

Yada salaq ki, Türkiyə prezidenti bir ay əvvəl də qalmaqallı bəyanat verməklə Türkiyə cəmiyyətini təəccübləndirmişdi. Ərdoğan kişilərlə qadınların bərabər olmadığını vurğulamış, əlavə etmişdi ki, feminist qadınlar ana olmağın dəyərini anlamırlar.

2012-ci ildə isə o zamankı baş nazir Ərdoğan abortları qadağan etməyə çalışmış, lakin ictimai qınaqdan qorxaraq bu niyyətindən geri çəkilmişdi.

Ərdoğanın bu çıxışları səbəbsiz deyil. Son illər Türkiyədə əhalinin təbii artımı zəifləyib. Dünya Bankının məlumatına görə, doğum əmsalı 1990-cı ildə 3,08 idisə, 2012-ci ildə bu göstərici 2,07-yə düşüb.