vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
MƏHKƏMƏ, İSTİNTAQ  
14:20 | 7 avqust 2017 | Bazar ertəsi Məqaləyə 2594 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qalstuklu «avtoş»

Qırmızı «Mazda»nın sirli sahibi həbs olundu

MÖVZU İLƏ ƏLAQƏLİ

Avqustun 3-də Bakının Heydər Əliyev prospektində dəhşətli qəza ilə nəticələnmiş hadisədən əvvəl baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin «Gelandewagen» markalı avtomobil ilə yarışan 99 FS 777 dövlət nömrə nişanlı «Mazda» avtomobilinin sahibi Mirməhəmməd İsmayılov Nərimanov Rayon Məhkəməsinə aparılıb.

«Report»un xəbərinə görə, hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə keçirilən prosesdə avtoxuliqanlıqda günahlandırılan M.İsmayılov bir ay müddətinə inzibati həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, «Maqa» ləqəbi ilə tanınan M.İsmayılov Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur.

Onu da xatırladaq ki, həmin hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.