vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ŞOU BİZNES  
11:59 | 9 iyun 2014 | Bazar ertəsi Məqaləyə 2371 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

««Makedon»la Namiq dalaşacaq»

Rəhim Rəhimlidən Faiq Ağayevi əsəbiləşdirəcək açıqlama

MÖVZU İLƏ ƏLAQƏLİ

Müğənni-bəstəkar Rəhim Rəhimli şou-biznesdə yeni qalmaqalın əsasını qoyub. «Qafqazinfo»nun məlumatına görə, həmkarlarından söhbət açan ifaçı «Onlar» verilişinə açıqlamasında onları qınaq obyektinə çevirib:


«Mən görsəm ki, səhnəyə çıxıram, 50 tamaşaçıdan 20-30-u məni alqışlamır, and olsun Allaha səhnəni tərk edib gedərəm. Dostum, bunu niyə anlamırsan ki, sənin dövrün bir zamanlar idi, keçib getdi.  Qulağın eşitmir ki, bir zamanlar sənin mahnın hər yerdə səslənirdi, sevilirdi. İndi isə o qədər sevilmirsən? Zülfiyyə Xanbabayeva neçə illərdir ki, statusunu qoruyur. İllərdir ulduzluğunu saxlayan kişi sənətçi yoxdur. Rəqabət aparan xanım sənətçilər var. Mən, Abbas Bağırov, Miri Yusif  yeni mahnılar yazdırırıq, amma aramızda rəqabət yoxdur. Faiq Ağayev məndən öncə səhnəyə gəlib. Etdiyini edib, konsertlər verib, əməkdar, xalq artisti adını alıb. Artıq rəqabətə can atmır. O özü də dedi ki, mənim zamanım deyil. Mənə elə gəlir ki, o da əziyyət çəkir. Ona görə belə deyir. Mən də elə düşünürəm ki, Faiq Ağayevin zamanı deyil. O başqa şeylər istəyir».