vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ŞOU BİZNES  
20:37 | 9 iyun 2014 | Bazar ertəsi Məqaləyə 2277 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Avazın yaxşı gəlir, ...»

Faiq Ağayevdən Rəhim Rəhimliyə sərt cavab

MÖVZU İLƏ ƏLAQƏLİ

Müğənni Rəhim Rəhimlinin xalq artisti Faiq Ağayev barədə dediyi «Artıq onun zamanı deyil» sözləri cavabsız qalmayıb.


ANS PRESS-in məlumatına görə, sənətçi sosial şəbəkə vasitəsi ilə Rəhimə sərt sözlərini bildirib. R.Rəhimlinin «İndi Faiq Ağayevin zamanı deyil» sözləri xalq artistini özündən çıxarıb. Belə ki, F. Ağayev Facebook səhifəsində bunları bildirib:

«Atalar yaxşı deyib: Avazın yaxşı gəlir, oxuduğun quran olsa. İstinad etdiyi fikirlərimi yəqin özgə dilindən eşidib. «Facebook» səhifəmdə yazdığım «Zamanım deyil» dediyimdə, sitat: «Abırsızlar, bisavadlar, satqınlar, boğazlarını yırtanlar»ı nəzərdə tutmuşdum. Bəli, belələri arasında yerim olmayıb, yoxdur, və inşallah ki, heç vaxt olmayacaq. O ki qaldı, sənətə, elə Rəhim özü dediyi kimi, bu günümə kimi müasir estradamızdakı kişi müğənniləri arasında maksimum nailiyyətlər qazanmışam. Rəqabətə də can atmıram, o da - düzdür. Çünki əldə etdiklərim baxımından fəaliyyətimlə müqayisə olunacaq və ya hələki yaxınımda duran belə birisi yoxdur».

Xalq artisti daha sonra R.Rəhimlinin Azərbaycan musiqisində həlledici fiqur olmadığını da vurğulayıb: «Elə Rəhim özü də anlayır ki, onun mövqeyi Azərbaycan musiqisində həlledici deyil, xalq arasında fikrini də ciddiyə alan yoxdur. Yeni mahnını reklam üslubunu səhv seçmisən, Rəhim. Hədəfin azsaylı dedi-qoduçuların müəmmalı «ləzzəti» deyil, 9 milyonluq tamaşaçı toplumunun səsləndirdiyin melodiya və sözlərə istəyi və rəğbəti olmalıdır. Belə de ki, «ayıq başa» yaxşı oğlansan, Rəhim. Savadlı musiqiçi və məzəli şoumensən. Uğurlar sənə, gənc dostum!»