vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
OLAY  
19:46 | 3 iyul 2014 | Cümə axşamı Məqaləyə 2070 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daha bir nəhəng layihə...

«Azərkosmos» yer səthinin müşahidəsi üzrə peyki orbitə göndərib

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın milli peyk operatoru «Azərkosmos» Fransanın «Airbus Defence & Space» şirkəti ilə birgə həyata keçirdiyi layihə çərçivəsində «Skott7» yer səthinin müşahidəsi üzrə peyk orbitə çıxarıb.


Azərbaycan Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, «Azərkosmos» yer səthinin müşahidə peykinin yaradılması ilə bağlı tenderin müddətini bir neçə ay uzadıb.

«Tenderin vaxtının uzadılması, bu layihə çərçivəsində olduqca yüksək keyfiyyətli peykin istehsalının təmin edilməsi ilə bağlıdır. Bu ilin sentyabr ayında tenderin başa çatması gözlənilir. Fransanın «Airbus Defence & Space» şirkəti ilə əməkdaşlıq çərçivəsində «Azərkosmos» digər layihə üzərində işi sürətləndirib. Bu ilin iyun ayının 30-da «Azərkosmos»la «Airbus Defence & Space» şirkətinin birgə həyata keçirdiyi layihə çərçivəsində «Skott7» yer səthinin müşahidəsi üzrə peyki orbitə çıxarıb»- deyə nazir bildirib.