vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
QƏZA, FACİƏ  
17:47 | 22 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 1616 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Otel otağı - 2»

Azərbaycanlı qadın biznesmen Pakistanda ölü tapıldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycandan Pakistana gedən qadın biznesmen bu ölkədəki otellərdən birində ölü tapılıb.

Virtualaz.org saytı Pakistan mənbələrinə istinadən xəbər verir ki, qadının cəsədi Kəraçidəki Saddar otelində aşkar edilib. Mustafayeva familiyalı qadın iyulun 17-də biznes məqsədi ilə Azərbaycandan Kəraçiyə gedib və onun iyulun 23-də geriyə qayıtmaq üçün bileti olub.

Pakistan polisindəki mənbə bildirib ki, qadının qaldığı oteldə ölü tapıldığı barədə məlumatı polisə otel meneceri verib. Otaq xidməti Mustafayevanın qaldığı otağa daxil olanda qadının cəsədi ilə qarşılaşıb. Polis bildirib ki, qadının cəsədi mülki xəstəxanaya aparılıb və orada həkimlər ölümün ürək tutmasından baş verdiyi qənaətinə gəliblər.