vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
21:37 | 25 iyul 2014 | Cümə Məqaləyə 1546 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yunanıstanda millətçilər güclənir

Papulyas «Qızıl Şəfəq»i «neo-nasist quldur dəstəsi» adlandırıb

MÖVZU İLƏ ƏLAQƏLİ

İyulun 24-də Yunanıstan ölkədə yenidən artan neofaşizmlə bağlı narahatlıqların arasında yeddi illik hərbi diktaturadan sonra (1967-1974) bərpa olunan demokratiyanın 40-cı ildönümünü qeyd edib. Yunanıstan prezidenti Karolos Papulyas Afinanın mərkəzində xuntanın qurbanlarını yad edərək, onların xatirəsinə ucaldılmış abidəyə çələng qoyub. O, demokratiyanı qorumağın vacibliyini vurğulayıb və demokratiyanın 2009-cu ilin sonlarında başlayan iqtisadi böhrandan sonra axsadığını deyib.

Papulyas həmçinin demokratiyanın geriləməsindən və ultra-sağ mövqedə dayanan «Qızıl Şəfəq» («Chryssi Avgi») partiyasının yüksəlməsindən narahatlığını bildirib.

«New Europe» xəbər portalına əsasən, Papulyas «Qızıl Şəfəq»i ittiham edərək, onları «nifrət yayan neo-nasist quldur dəstəsi» adlandırıb.

Qeyd edək ki, partiya parlament seçkilərinə ilk dəfə 2012-ci ildə, iqtisadiyyata qarşı göstərilən sərt etirazlardan yararlanaraq daxil olmuşdu.

Keçən il antifaşist aktivistin ölümündən sonra başlayan məhkəmə repressiyalarına baxmayaraq, partiya may ayında Avropa Parlamentinə keçirilən seçkilərdə və yerli hökumət orqanlarında mövqeyini nəzərə çarpacaq dərəcədə möhkəmləndirmişdi.