vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
ELM-TƏHSİL, DİN  
17:15 | 28 iyul 2014 | Bazar ertəsi Məqaləyə 2988 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Duaların Tanrı dərgahında...»


Dini komitənin sədri təbrikində «cansağlığı»ndan danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Mübariz Qurbanlı Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib. Virtualaz.org saytı xəbər verir ki, prezidentin sərəncamı ilə iyulun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilən Mübariz Qurbanlı Azərbaycan xalqını təbrik edib.

Komitə sədri öz «Facebook» səhifəsindən yazdığı təbrik mesajında bunları qeyd edib:

«Hörmətli dostlar, əziz həmvətənlər!

Sizin hər birinizi mübarək Ramazan bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, Uca Allahdan sizlərə xoşbəxt və firavan həyat arzulayıram! Tutduğunuz orucların, Vətənimizin əmin-amanlığı, şəhidlərimizin əziz ruhları üçün etdiyiniz duaların Tanrı dərgahında qəbul olunmasını diləyirəm. Süfrəniz xeyir-bərəkətli, canınız sağlam olsun! Mənə ünvanladığınız bayram təbriklərinə görə də Sizlərə təşəkkürümü bildirirəm!»