vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
ELM-TƏHSİL, DİN  
14:54 | 16 oktyabr 2014 | Cümə axşamı Məqaləyə 2652 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Buraxılış və qəbul imtahanları birləşdirilir

Təhsil Nazirliyi və TQDK-dan sensasion yenilik

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu tədris ilindən bir sıra təhsil müəssisələrinə qəbul vahid imtahan əsasında aparılacaq. «Lent.az»ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bildirib. O qeyd edib ki, nazirlik tərəfindən təhsil müəssisələrinə qəbul qaydalarının təkmilləşdirilməsi üçün işlər aparılır.

Qısa müddət ərzində Təhsil Nazirliyi tərəfindən ümumtəhsil müəssisələrində buraxılış imtahanları ilə qəbul imtahanları arasında olan fərqin aradan qaldırılması və vahid imtahan bazası üzərində həmin imtahanların keçirilməsi ilə bağlı təşəbbüs irəli sürülüb: «Nəzərə alaq ki, bu imtahanları vahid orqan keçirir. Bununla bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Təhsil Nazirliyi arasında aparılan məsləhətləşmələr artıq sona çatdırılır. Bu tədris ilində biz bu sahədə də yenilikləri tətbiq edə biləcəyik. Yeniliklər həm orta ixtisas təhsili müəssisələrini, həm yaradıcılıq ali təhsil müəssisələrini, həm də digər bəzi təhsil müəssisələrini əhatə edəcək. Bu tədris ilindən başlayaraq imtahanlar həmin müəssisələri əhatə edəcək. Güman edirik ki, yeniliklərin tətbiqi nəticəsində artıq bir sıra müəssisələrə qəbul vahid imtahan nəticəsində mümkün olacaq. Artıq bir ay ərzində şagirdlərin 2 ayrı-ayrı buraxılış və qəbul imtahanlarına cəlb edilməsinə ehtiyac olmayacaq. Bu islahat ardıcıl olaraq həyata keçiriləcək».