vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
CƏMİYYƏT  
12:45 | 18 aprel 2014 | Cümə Məqaləyə 2486 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mobil operatorlar hədəfdə

Nazirlik onlara qarşı məcburi tədbirlər görəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkənin mobil operatorlarına öz şəbəkələri arasında trafiklə mübadilə problemini həll etmək üçün təzyiq göstərəcək.

«Trend»in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə ölkənin rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, mobil operatorlar arasında trafiklə mübadilə tarifləri ilin əvvəlində azalıb. Abbasov hesab edir ki, bu, son istifadəçiyə göstərilən mobil rabitə xidmətlərinin tariflərinin azalmasına təsir etməlidir: «Təəssüf ki, hələlik bu, baş vermir. Hesab edirik ki, bu, yolverilməzdir, çünki tariflərin tənzimlənməsi Tarif Şurası və Nazirlər Kabineti səviyyəsində həyata keçirilir.

Biz qanunvericilik bazasından istifadə edərək operatorlar arasında trafik mübadiləsi tariflərinin dəyərinin müəyyən olunmuş qaydalara uyğun gəlməsi üçün məcburi tədbirlər görəcəyik. Öz növbəsində, bu, Azərbaycanda mobil rabitə xidmətləri tariflərinin azalmasına mütləq təsir göstərəcək».