vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
CƏMİYYƏT  
12:57 | 14 may 2014 | Çərşənbə Məqaləyə 2135 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Biz hazırıq»

«Azərbaycan dünya ölkələri reytinqindən 7 pillə irəliləyərək...»

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

«İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) son illər sürətlə inkişaf edərək iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilmiş, respublikanın iqtisadi, sosial və mədəni inkişafına, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və bütövlükdə ictimai həyatın demokratikləşməsinə mühüm töhfələr vermişdir. İKT cəmiyyətimizin həyatına fəal nüfuz edir, əhalinin 70 faizi internet, onların yarısı isə genişzolaqlı internet istifadəçisinə çevrilib və bu göstəricilərə görə Azərbaycan MDB və Mərkəzi Asiyada liderdir».

Bu fikirləri Yeni Azərbaycan Partiyasının saytına (yap.az.org) rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Ə.Abbasov bildirib ki, ölkə əhalisinin 98 faizinin yaşadığı ərazilər rəqəmli televiziya ilə əhatə olunub və Azərbaycan indi rəqəmsal efirə keçməyə tam hazırdır. Onun sözlərinə görə, respublikada internet mediasının inkişafı və müasir texnologiyalardan istifadə geniş vüsət alır, ən yeni 3G, 4G xidmətləri təqdim edilir və nəticədə hazırda hər 100 nəfərə 110 mobil abunəçi düşür.

«İKT sahəsində əlverişli biznes, investisiya mühiti mövcuddur və həyata keçirilən liberal iqtisadi islahatlar sayəsində özəl sektorun fəaliyyəti ildən-ilə genişlənməkdədir. Bunun təzahürüdür ki, bir çox beynəlxalq hesabatlarda, o cümlədən Dünya İqtisadi Forumu (DİF) tərəfindən hazırlanmış «Qlobal informasiya texnologiyaları hesabatı 2014» («The Global Information Technology Report 2014») adlı illik hesabatda ölkələrin informasiya texnologiyaları sahəsində inkişafını əks etdirən «Şəbəkələşmə hazırlığı indeksi» göstəricisinə görə Azərbaycan ötən ilki mövqeyindən 7 pillə irəliləyərək 148 ölkə arasında 56-cı yerdən 49-cu yerə yüksəlib. Hər zaman MDB ölkələri arasında yüksək mövqelərdə yer alan Azərbaycan bu reytinq cədvəlinə əsasən bir çox aparıcı ölkələri də qabaqlayıb. Sevindirici haldır ki, Azərbaycan «Ölkənin əhali yaşayan ərazisində mobil telefon şəbəkəsinin əhatəsi» reytinqinə görə dünyada 1-ci yerdə qərarlaşıb. Bu da ölkənin tamamilə mobil şəbəkə siqnalı ilə təmin olunması deməkdir», - deyə nazir vurğulayıb.