vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
SƏHİYYƏ, ORDU  
21:25 | 13 iyul 2014 | Bazar Məqaləyə 2242 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Orduya qadın snayperlər cəlb olunacaq

Yeni açılacaq kurslarda həmçinin kəşfiyyatçı və paraşütçülər də yetişdiriləcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı» MMC tərəfindən hərbi xidmət çağırışçıları üçün ixtisas kursları yenidən bərpa olunacaq. Bu barədə ANS PRESS-ə SHXÇDX-nin «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı» MMC-dən məlumat verilib.

Cəmiyyətdən bildiriblər ki, hazırda aşpaz və sürücülük ixtisası üzrə mütəxəssislərin hazırlığı həyata keçirilir.

Snayper, kəşfiyyatçı, paraşütçü, kinoloq və digər kursların başlanması istiqamətində işlər davam etdirilir:

«Nazirlər Kabinetinin qərarı ilə bizə bu kursların yaradılması barəsində səlahiyyət verilib. Güc strukturları müəyyən sifarişlər verməlidirlər. Hərbi xidmət haqqında qanunda bildirilib ki, həmin ixtisaslar üzrə sifarişlər verilməlidir. Həmin sifarişlər üzrə də mütəxəssislər hazırlanmalıdır».

Cəmiyyətdən bildiriblər ki, snayper kurslarına müəyyən məhdudiyyətlər var. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə snayper ixtisası üzrə kurslarda yalnız çağırışçılar iştirak edə bilərlər. 17 yaşına çatmış hərbi çağırışçı snayper kurslarına cəlb oluna bilər:

«Adi vətəndaşların gəlib snayper kurslarına yazılması qeyri mümkündür. SHXÇDX-nin birbaşa vasitəçiliyi ilə bu kurslarda iştirak etmək olar. Kurslarda iştirak etmək üçün SHXÇDX-ə müraciət edilməlidir. Qanunvericiliyə görə, 17 yaşı tamam olub amma hərbi xidmətə hələ ki getməyən çağırışçılar snayper kurslarında iştirak edə bilərlər. Həmin şəxslər istək və arzusu nəzərə alınaraq həmin kurslara cəlb olunurlar». 

Hazırda snayper kurslarında iştirak edəcək olan şəxslərin sayı məlum deyil. İştirakçıların sayı Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq. 

Cəmiyyətdən bildiriblər ki, xanımların snayper kurslarına cəlb olunması məsələsi hələ ki, Nazirlər Kabinetinin qərarında öz əksini tapmayıb:

«Yalnız hərbi xidmət çağırışçıları bu kurslarda iştirak edə bilərlər. Qadınlar hərbi xidmətə çağırılmadıqları üçün bu kurslarda iştirak edə bilməzlər. Xanımların da bu kurslara cəlb olunmaları üçün gələcəkdə müəyyən addımlar atılacaq. Yəqin ki bununla bağlı müəyyən təkliflər hazırlanıb Nazirlər Kabinetinə təqdim olunacaq».