vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
SƏHİYYƏ, ORDU  
21:08 | 28 avqust 2014 | Cümə axşamı Məqaləyə 1061 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Birinci xanım 5 aylıq körpəni xilas etdi

Mehriban Əliyeva Azər Əlizadənin müalicə xərclərini öz üzərinə götürdü

MÖVZU İLƏ ƏLAQƏLİ

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 5 aylıq Azər Əlizadənin müayinə və müalicəsini nəzarətə götürüb.

Fonddan verilən məlumata görə, Mehriban Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondunun nümayəndələri bu gün A.Əlizadənin atası Ruslan Əlizadə ilə görüşərək uşağın səhhəti, bu vaxtadək aparılmış müayinələrin nəticəsi ilə maraqlanıblar.

Qeyd edək ki, avqustun 27-də A.Əlizadənin atası R.Əlizadə müraciət edərək Azərbaycanın özəl klinikalarının birində sağ gözündən ciddi zədə almış körpənin müalicəsi üçün yardım istəmişdi.

Bu müraciətdən sonra keçirilən görüşdə bildirilib ki, A.Əlizadənin müalicəsi ilə bağlı bütün məsələləri Heydər Əliyev Fondu öz üzərinə götürür.