vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
MEDİA-QHT  
14:23 | 1 sentyabr 2014 | Bazar ertəsi Məqaləyə 1505 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Modern.az-ın yubleyidir

Ölkənin ən modern mövzulu yazılarla və özəl reportajlarla dolu saytlarından biri 5 yaşını tamamladı

Modern.az xəbər portalının 5 yaşı tamam olub. 2009-cu il sentyabrın 1-dən onlayn xəbər saytı kimi fəaliyyətə başlayan Modern.az ötən 5 il müddətində özünəməxsus imic formalaşdırmağı bacarıb.

Saytın fərqli təqdimatları, layihələri, müxtəlif janrlarda maraqlı materiallar dərc etməsi, Azərbaycanda baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşması, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır.

Modern.az yeni nəfəsli bir media quruluşu olaraq beş il müddətində təkcə Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarını tərəfindən də izlənilən xəbər saytına çevrilə bilib.

Ümid edirik ki, sayt bundan sonra da ən müxtəlif sahələri əhatə edən xəbərlər, araşdırmalar, müsahibələr, reportajlar, müəllif yazılarının davam etdirsin və oxucularını yeni projelərlə tanış etsin.

Vaxt.az bütün modern.az sevərləri, oxucularını səmimi qəlbdən təbrik edir, əməkdaşlarına isə yorulmadan çalışmaq üçün tükənməyən enerji arzulayır. Xoş xəbərləriniz bol olsun, əziz həmkarlar.