vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
15:59 | 26 noyabr 2014 | Çərşənbə Məqaləyə 1332 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qəpik ləğv olunur

Avtobuslarda gediş haqqının bank kartları ilə ödənilməsi mümkün olacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Nəqliyyat Nazirliyi 2015-ci il martın 1-dən Bakıda ictimai nəqliyyatda gediş haqqının nağdsız ödənişi sisteminə keçidin təmin olunması üçün bütün lazımi işləri görür.

Bunu jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov deyib. Nazir müavini bildirib ki, martın 1-nə kimi gediş haqqının nağdsız ödənişinə keçilməsi üzərində iş aparılır:

«Lakin mən tam əminliklə deyə bilərəm ki, Bakıda birinci Avropa Oyunlarının keçirilməsinə qədər ictimai nəqliyyatda elektron ödəniş sistemi tətbiq olunacaq».

M.Pənahov qeyd edib ki, ictimai nəqliyyatda yeni ödəniş sistemi Bakı Metropolitenində gediş haqqının ödənişi sistemi ilə və gələcəkdə ictimai nəqliyyatın bütün növləri ilə birləşdiriləcək: 

«Nəqliyyat kartları ilə yanaşı, gediş haqqının bank kartları ilə ödənilməsi də mümkün olacaq ki, hazırda bununla bağlı iş aparırıq».